AQRO

11 Sentyabr

Salyan rayonunda pambıq yığımının 95%-i maşınlarla gerçəkləşəcək

Salyan rayonunda bu il pambıq yığımının 95%-i maşınlarla həyata keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) məlumnat verilib.

Məlumata görə, cari ildə rayonda 10 063 hektar ərazidə pambıq əkilib və məhsulun əvvəlki illərlə müqayisədə daha bol olduğu qeyd olunur.

Pambıq yığımında iştirak edəcək texnikalar tam saz vəziyyətə gətirilib. Yığıma 49 pambıqyığan maşın cəlb ediləcək, eyni zamanda 136 traktor və 239 yedəkli lafetdən istifadə olunacaq.

Hazırda tarlalarda pambıq kollarının yarpaqlarının tökülməsi üçün defolvasiya prosesi aparılır və bu məqsədlə 313 hektar sahə dərmanlanıb.

Fuad Mədətov
Fins.az