AQRO

09 Sentyabr

Üzüm məhsulu Cəlilabadda ucuzlaşdı

Cəlilabad rayonunda üzüm bağlarından məhsul yığımı davam edir, amma məhsulun qiymətində əhəmiyyətli dərəcədə ucuzlaşma müşahidə olunur.

Fins.az xəbər verir ki, hal-hazırda rayonda 1 410 hektar üzüm bağı mövcuddur, bunlardan 1 375 hektarı bar verən bağlardır. Bu günə qədər bağlardan 7 600 ton üzüm məhsulu əldə olunub. Onun 248 tonu Rusiya bazarlarına ixrac edilib.

Fermerlərin qeyd etdiyinə görə, məhsul yığımı zamanı üzümün qiyməti növündən asılı olaraq bir kiloqramı 1-1.50 manat arasında dəyişirdi. Lakin hazırda məhsulun qiyməti 0.60-0.70 qəpiyə qədər ucuzlaşıb. Bu ucuzlaşma, yerli bazarda məhsulun çoxalması və təklifin artması ilə əlaqələndirilir.