Azərbaycan, Gürcüstan ilə Kür çayında su ehtiyatları və istifadəsi ilə bağlı məlumatların mübadiləsi məqsədilə müqavilə imzalamaq istəyir.
Fins.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev məlumat verib.
R.Verdiyev, “Su İdarəetmə Sistemlərinin İqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə bu planı açıqlayıb.
Onun sözlərinə görə, müqavilənin tez bir zamanda imzalanması nəzərdə tutulur:
“Kür çayında qar ehtiyatları və hövzədəki vəziyyət bizim üçün önəmlidir. Bu müqavilə vasitəsilə, Kür çayının Azərbaycandan yuxarı hissələrində yaz dövründə nə qədər suyun gözlənildiyini daha dəqiq öyrənəcəyik. Bu, su istifadəçiləri üçün dəqiq proqnozların hazırlanmasına imkan yaradacaq.”