AQRO

29 Avqust

Azərbaycanın su resursları əsrin sonuna qədər 40-50% azala bilər

Dünyada temperatur 4-5 dərəcə artarsa, Azərbaycanın su resursları əsrin sonuna qədər 40-50% azala bilər.

Fins.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin İqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

R.Verdiyev qeyd edib ki, əgər İqlimə dair Paris razılaşmasının şərtlərinə riayət olunarsa, su resurslarının azalması 20-25% səviyyəsində ola bilər.

"Biz indidən gələcək illərdə bu problemlərlə üzləşməmək üçün hazırlıqlı olmalıyıq. Quraqlıq illərində illik normanın yalnız 40-50%-i qədər su ola bilir ki, bu da ciddi su qıtlığına səbəb olur. Buna görə də, indidən infrastrukturumuzu bu ssenariyə uyğun olaraq hazırlamalıyıq," - deyə R.Verdiyev vurğulayıb.

Fuad Mədətov
Fins.az