İqlim dəyişikliyi ölkəmizin su ehtiyatlarının 15 faiz azalmasına səbəb olub.
Fins.az-ın məlumatına görə, bu barədə "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxış edib.
Nazir müavini bildirib ki, son illər iqlim dəyişiklikləri kənd təsərrüfatı sahəsinə ciddi təsir göstərir.
"Təəssüf ki, gələcək illərdə də su ehtiyatlarının azalması gözlənilir. Bu vəziyyətin qarşısını almaq üçün bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir," - deyə V.Kərimov vurğulayıb.
Fuad Mədətov
Fins.az