AQRO

29 Aprel

Ukraynanın taxıl ixracı apreldə 5 milyon tonu ötüb

Dövlət Gömrük Xidmətinin məlumatına görə, aprelin 26-na Ukrayna 2023/24-cü ilin əvvəlindən 40,289 milyon ton taxıl və paxlalı məhsul ixrac edib ki, bunun da 5,238 milyon tonu bu ay göndərilib.

Fins.az xəbər verir ki, bu baradə Ukrayna Aqrar Siyasət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, ötən ilin eyni tarixinə ümumi yükdaşımalar 41,149 milyon ton, o cümlədən apreldə 3,173 milyon ton təşkil edib.

Ümumilikdə cari mövsümün əvvəlindən ixrac edilib:

- Buğda - 15,404 milyon ton (apreldə - 1,562 milyon ton)

- Arpa - 2,178 milyon ton (207 min ton);

- Çovdar - 1,2 min ton (0,2 min ton);

- Qarğıdalı - 22,231 milyon ton (3,461 milyon ton).

Aprelin 26-na Ukrayna ununun ümumi ixracı da ötən ilin göstəricisindən (126,3 min ton) azdır və 85,7 min ton (apreldə 6,5 min ton), o cümlədən buğda unu 81 min ton (5,9 min ton) qiymətləndirilir.

Günel Məlikzadə
Fins.az