AQRO

29 Aprel

"Rusiyada günəbaxan emalı 1,5 milyon ton artacaq"

Cari ildə Rusiyanın günəbaxan əzmə şirkətlərinin ümumi gücü 1,475 milyon ton artacaq.

Fins.az xəbər verir ki, bu RUSEED analitik mərkəzinin məlumatında bildirilib.

"İstehsal potensialı təkcə bu ilin məhsulunu deyil, həm də bütün qalıqları emal etmək üçün kifayət edəcək - izafi gücün 1,2 milyon ton olacağı proqnozlaşdırılır", - ekspertlər belə hesab edirlər.

Həmçinin qeyd edilir ki, Rusiya günəbaxanının ümumi məhsulu, ekspertlərin hesablamalarına görə, təxminən 17,6 milyon ton təşkil edə bilər.

Günel Məlikzadə
Fins.az