AQRO

22 Aprel

1 milyard 445 milyon ma­nat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib

Dövlət Statistika Komitəsindən bil­dirildiyinə görə, cari ilin I rübündə res­publikamızda 1 milyard 445 milyon ma­nat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Fins.az xəbər verir ki, son bir ildə ölkədə istehsal olunan bit­kiçilik məhsullarının dəyəri 2,9 faiz artaraq 76,1 milyon manat, heyvandarlıq məhsul­larının dəyəri isə 1 faiz artaraq 1 milyard 369 milyon manat olub.

Yanvar-mart aylarında ölkədə diri çə­kidə 139 min ton ət, 505 min ton süd, 572 milyon ədəd yumurta və 97 min ton tərəvəz istehsal olunub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,6 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,2 faiz, tərəvəz istehsalı 2,7 faiz artıb.