AQRO

09 Aprel

Qazaxıstan Qırğızıstana kənd təsərrüfatı məhsullarının ixracını artıracaq

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın potensialını tam şəkildə açmaq üçün Qazaxıstan və Qırğızıstan hökumətləri qarşılıqlı məhsul tədarükünü artırmaq və birgə layihələrə başlamaq üçün tədbirlər görəcək, həmçinin iki ölkənin elmi-tədqiqat institutları ilə kənd təsərrüfatı universitetləri arasında fəal qarşılıqlı əlaqəni davam etdirəcəklər.

Fins.az xəbər verir ki, bu Qazaxıstan Respublikası hökumətinin başçısı Oljas Bektenovun Qırğızıstana işgüzar səfəri zamanı məlum olub.

“Tərəflər ikitərəfli ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması üzrə birgə tədbirləri müzakirə ediblər, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş konkret layihələrə diqqət yetirilib. Qazaxıstan 260 milyon dollar dəyərində 195 əmtəə məhsulunun ixracını artırmağa hazırdır”, - deyə Qazaxıstan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Günel Məlikzadə
Fins.az