AQRO

09 Aprel

Braziliyada soya yığımı azalıb

AgRural monitorinq məlumatlarına əsasən, aprelin 4-nə Braziliyada soya biçini planlaşdırılan sahənin 78%-də (həftə üçün +4%) başa çatıb ki, bu da bir il əvvəlki hesabat tarixindəki göstəricidən (82%) aşağıdır. 

Fins.az xəbər verir ki, son vaxtlar ölkənin şimal və şimal-şərqində bəzi rayonlarda yağıntının miqdarının ilin bu dövrü üçün tarixi həddi aşması çöl işlərinin gedişinə mane olur.

Bundan əlavə, təzadlı hava şəraiti Braziliyada ümumi qarğıdalı istehsalının 75%-ni təşkil edən safrinha qarğıdalı məhsulunun vəziyyətinə təsir göstərir. Belə ki, Mato Qrosso və Qoyas ştatlarında taxıl bitkiləri ümumilikdə yaxşı inkişaf edir, lakin Paranada və Mato Qrosso do Sul və San Paulonun bəzi bölgələrində güclü yağışların, yüksək hava temperaturunun mənfi təsirləri səbəbindən məhsuldarlığın azalması mümkündür.

Günel Məlikzadə
Fins.az