AQRO

29 Mart

Azərbaycana gübrə idxalında 2 dəfəyə yaxın artım var

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal edilən gübrələrin çəkisi 2 dəfəyə yaxın artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, cari ilin ilk 2 ayında ölkəyə 8 786.18 min ABŞ dolları dəyərində 25 527.75 ton gübrə idxal edilib.

Keçən ilin müvafiq dövründə isə ölkəyə 10 429.63 min dollar dəyərində 14 220.48 ton gübrə gətirilib.