AQRO

27 Mart

Ukrayna 34 milyon tondan çox taxıl ixrac edib

Dövlət Gömrük Xidmətinin məlumatına görə, martın 27-nə Ukrayna 2023/24 MY-nin əvvəlindən 34,2 milyon ton taxıl və paxlalı məhsul ixrac edib, o cümlədən 4,5 milyon ton mart ayında göndərilib.

Fins.az xəbər verir ki, ötən ilin eyni tarixinə ümumi yükdaşımalar 36,9 milyon ton, o cümlədən martda 4,6 milyon ton təşkil edib.

Ümumilikdə cari mövsümün əvvəlindən aşağıdakılar ixrac edilib:

- buğda - 13,5 milyon ton (2022/23 MY - 12,6 milyon ton)

- arpa - 1,9 milyon ton (2,3 milyon ton);

- çovdar - 1 min ton (16,9 min ton);

- qarğıdalı - 18,4 milyon ton (21,7 milyon ton).

Martın 27-nə Ukrayna ununun ümumi ixracı 78,1 min ton (2022/23 MY-da 113,2 min ton), o cümlədən 74 min ton buğda unu (108,9 min ton) səviyyəsində qiymətləndirilir.

Günel Məlikzadə
Fins.az