AQRO

05 Mart

Hindistanda əsas əkin sahələrinə ziyan dəyib

Nasdaq xəbər verir ki, Hindistanın əsas məhsul istehsal edən bölgələrində yağan güclü yağışlar buğda, kolza və noxud da daxil olmaqla payızlıq bitkilərin məhsullarına ciddi ziyan vurub.

Fins.az xəbər verir ki, fermerlərin dediyinə görə, güclü yağış və dolu buğda zəmilərinə ziyan vurub, demək olar ki, yetişmiş və bir neçə həftədən sonra məhsul yığımına hazır olacaq. 

Hindistanlı tacirlərin fikrincə, şimalda Pəncab və Haryanadan tutmuş mərkəzi Hindistanın Madhya Pradeşə qədər bütün buğda yetişdirən ştatlarda itkilər qeydə alındığından, buğda istehsalının azalacağı dəqiqdir. Eyni zamanda, builki buğda məhsulu Hindistan üçün kritik əhəmiyyət kəsb edir, çünki quraqlıq 2022 və 2023-cü illərdə ölkədə taxıl istehsalını azaldıb və bu, dövlət ehtiyatlarının həcminin kəskin azalmasına səbəb olub. Hindistanda buğda məhsulu üçüncü il ardıcıl olaraq zəif olarsa, ölkənin taxıl idxal etməkdən başqa yolu qalmayacaq. 

Qeyd edək ki, hətta ötən həftə hökumət ölkədə buğda istehsalının bu il ildə 1,3% artaraq rekord həddə - 112 milyon tona çata biləcəyini açıqlamışdı. Amma pis hava şəraitinə görə hasilatın ən azı 2-3 milyon ton azala biləcəyi gözlənilir. Eyni zamanda, martın ikinci yarısında isti hava şəraiti gözlənilir ki, bu da əkinlərə zərər verə bilər.

Kolza istehsalı üzrə proqnoza gəlincə, bu, gözləniləndən ən azı 5% aşağı olacaq.

Günel Məlikzadə
Fins.az