AQRO

21 Noyabr

Azərbaycanda taxıl yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% çoxdur

Azərbaycanda noyabrın 1-nə 2023-cü ilin əvvəlindən respublikanın təsərrüfatlarında 3,173 milyon ton taxıl (qarğıdalı da daxil olmaqla) istehsal olunub. Bu göstərici 2022-ci ilin yanvar-oktyabr aylarının yekunları ilə müqayisədə 1,8 faiz çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir.

Fins.az Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, günəbaxan tumlarının istehsalı ötən illə müqayisədə 2,5 faiz artaraq 29,2 min ton qiymətləndirilir. Şəkər çuğundurunun yığımı 18,6% artaraq 125,1 min tona çatıb.

Noyabrın əvvəlinə gələn ilin məhsulu üçün 369,9 min ha, o cümlədən buğda – 189,1 min ha, arpa – 1800,7 min hektar, çovdar – 0,1 min hektar sahədə taxıl səpilib.

Həmçinin bildirilir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 10 milyard 866 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3 faiz çoxdur.

Günel Məlikzadə
Fins.az