AQRO

21 Noyabr

Türkiyədə Kənd təsərrüfatı məhsullarının qiymət indeksi (Kənd təsərrüfatı-GFE) illik 40,97% artıb

Kənd təsərrüfatı məhsullarının qiymət indeksi (Kənd təsərrüfatı-GFE) sentyabr ayında aylıq bazda 2,63% artarkən, illik bazda 40,97% artdı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, indeksdə bir əvvəlki ilin dekabr ayına görə 33,13%, on iki aylıq ortalamalara görə isə  56,87% artım oldu.

Beləliklə, Kənd Təsərrüfatı-GFE 2019-cu ilin sentyabrından bəri ardıcıl 48 aydır ki, yüksəlir.

Əsas qruplarda əvvəlki ayla müqayisədə kənd təsərrüfatında istifadə olunan mal və xidmətlər indeksində 2,36 faiz, kənd təsərrüfatı investisiyalarına töhfə verən mal və xidmətlər indeksində isə 4,31 faiz artım qeydə alınıb. Əvvəlki ilin eyni ayı ilə müqayisədə kənd təsərrüfatında istifadə edilən mal və xidmətlər indeksində 35,80%, kənd təsərrüfatı investisiyalarına töhfə verən mal və xidmətlər indeksində isə 81,65% artım qeydə alınıb.

Günel Məlikzadə
Fins.az