AQRO

26 May

“Azərtütün” ASC tərəfindən bu günədək şimal-qərb rayonlarında 569 hektar sahədə tütün əkilib

“Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən bu il Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarında 667,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi davam etdirilir. Fermerlər bu günədək 569 hektar sahəyə tütün şitilləri köçürüblər.

Qurumdan bildirilib ki, bu il ASC tərəfindən həmin rayonlarda tütün istehsalı ilə əlaqədar 76 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 604,4 hektar təşkil edir. Eyni zamanda, cari mövsümdə şirkətin özünəməxsus 62,7 hektar sahədə də tütün əkini aparılır.

Cəmiyyətdən verilən məlumata görə, bu günədək şirkət tərəfindən Şəki rayonunda 270,6 hektar, Qaxda 118,5 hektar, Zaqatalada 83,3 hektar, Balakəndə 73,6 hektar, Oğuz rayonunda isə 22,4 hektar sahəyə tütün şitilləri köçürülüb və hazırda işlər davam etdirilir.