AQRO

18 May

Kənd təsərrüfatı istehsalı 4%-ə yaxın artıb

2023-cü ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1961,5 milyon manat təşkil edib ki, onun da 1796,2 milyon manatı heyvandarlıq, 165,3 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,5%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5%, bitkiçilik məhsulları üzrə 3,2% artıb.