AQRO

17 May

Türkiyədə kənd təsərrüfatı sektorunda artım olub

Türkiyədə kənd təsərrüfatı sektoru 11 milyard 175 milyon dollarla yanvar-aprel aylarında bütün zamanların ən yüksək ixracını qeydə alıb.

Fins.az "Dünya Gazetesine" istinadən xəbər verir ki, bu artım ümumi ixracın 13,8 % təşkil edir.

Taxıllar, paxlalılar və onlardan hazırlanan məhsullar 3 milyard 801 milyon dollar, təzə meyvə-tərəvəz 1 milyard 176 milyon dollar, zeytun və zeytun yağı 377 milyon 17 min dollarla bütün zamanların ən yüksək yanvar-aprel ixracı olub. İlk 4 ayda dənli bitkilər, paxlalı bitkilər, yağlı toxumlar və onlardan hazırlanan məhsulların ixracı 7,4 faiz, təzə meyvə və tərəvəzin ixracı 20,9 faiz, zeytun və zeytun yağının ixracı 161 faiz artıb.

Zəminə Hüseyn
Fins.az