AQRO

16 May

Aprel ayında Türkiyədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi azalıb

Kənd Təsərrüfatı Məhsulları İstehsalçı Qiymətləri İndeksi (Kənd Təsərrüfatı-ÜFE) aprel ayı üzrə göstəricilər açıqlanıb.

Profil.az "Bloomberg"ə istinadən xəbər verir ki, Kənd təsərrüfatı-ÜFE aprel ayında aylıq bazda  2,32 % azalarkən, illik bazda 71,52 % artıb.

İndeksdə keçən ilin eyni ayına görə 71,52%, on iki aylıq ortalamalara görə isə 134,06% artım qeyd edilib.

Zəminə Hüseyn
Profil.az