AQRO

15 May

Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb

Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2023-ci ilin yanvar-aprel aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

Rayon Statistika İdarəsindən Fins.az-a verilən məlumata görə, yanvar- aprel aylarında 14 min 599,3 ton süd, 1578,4 ton ət istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə süd istehsalı 3,6 faiz, ət istehsalı 4,7 faiz çoxdur.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2023-ci ilin 4 ayında 1941 baş inək və düyə süni mayalandırılıb, 1031 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.