AQRO

04 May

Qəbələli kümçülərə 300 qutu ipəkqurdu paylanılıb

Builki mövsümdə Qəbələ rayonunda yaş barama istehsalının 12 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 300 qutu, yəni 5 kiloqram 700 qram ipəkqurdu paylanılıb.

Fins.az xəbər verir ki, bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 75 kümçü ilə müqavilə bağlanılıb.

Xatırladaq ki, qəbələli kümçülər ötənilki mövsümdə 280 qutu ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 1264,1 kiloqram yaş barama əldə ediblər.