AQRO

25 Aprel

Tərtərdə 2410 hektar sahədə yazlıq səpin həyata keçirilib

Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Fins.az xəbər verir ki, bu barədə Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, aprelin 1-dək 2410,5 hektar yazlıq səpin həyata keçirilib. Əkinlərin 16,5 hektarı dən üçün qarğıdalı, 10,5 hektarı şəkər çuğunduru, 651 hektarı günəbaxan, 330 hektarı kartof, 261,5 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 1141 hektarı yem bitkiləridir.

Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə aparılır.