AQRO

17 Aprel

Astarada yazlıq bitkilərin səpini davam etdirilir

Astara rayonunda yazlıq bitkilərin səpini davam etdirilir.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildirilib ki, cari ilin birinci rübündə 1715,5 hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.

Yazlıq səpinin hamısı ailə kəndli təsərrüfatlarının payına düşür.

Məhsul istehsalçıları 162 hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 72,1 hektar sahədə qarğıdalı, 754,2 hektar sahədə kartof, 615,5 hektarda tərəvəz və 1,2 hektar sahədə bostan bitkiləri, 110,5 hektar sahədə çoxillik yonca əkiblər.

Təsərrüfatlarda tərəvəz əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.