AQRO

13 Aprel

İmişlidə süni mayalanma yolu ilə 448 baş cins buzov doğulub

İmişli rayonunda heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildirilib ki, cari ilin birinci rübündə təsərrüfatlarda 95 min 572 baş iribuynuzlu mal-qara, o cümlədən 40 min 778 baş inək və camış, 253 min 473 baş qoyun və keçi saxlanılıb. Təsərrüfatlarda 3 min 212,6 ton diri çəkidə ət, 12 min 826,8 ton süd, 1 milyon 360,3 min ədəd yumurta istehsal olunub.

Dövlətin aqrar sahəyə, o cümlədən heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, damazlıq işinin təşkili və süni mayalandırma tədbirlərinə görə fermerlərə əlavə subsidiyaların ayrılması rayonda bu sahənin inkişafına təkan verib. Son illər süni mayalandırma yolu ilə inəklərin cins tərkibinin yaxşılaşdırılması üçün şəxsi və fermer təsərrüfatlarda 1015 baş heyvan süni yolla mayalandırılıb. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma yolu ilə 448 baş cinsi buzov alınıb.