AQRO

12 Aprel

Azərbaycanın qarğıdalı idxalına çəkdiyi xərc azalıb

Azərbaycan bu ilin yanvar-fevral aylarında 5,2 milyon dollar dəyərində 17,6 min ton qarğıdalı idxal edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3,11% azdır.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,20%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 5,4 milyon dollar dəyərində qarğıdalı idxal edib.