AQRO

11 Aprel

Neftçalada 2 min hektardan çox sahədə yazlıq əkin aparılıb

Neftçala rayon təsərrüfatlarında yaz tarla işləri davam edir. Fermerlər əlverişli hava şəraitindən yararlanaraq tarla işlərini optimal müddətdə yekunlaşdırmağa çalışırlar.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildirilib, təsərrüfatlar üzrə 2011,1 hektar sahədə yaz əkinləri əkilib. Bunun 1411,5 hektarı yonca (payızlıq və yazlıq), 146,6 hektarı kartof, 53 hektarı tərəvəz, 250 hektarı pambıq, 150 hektarı vələmir bitkilərinin payına düşüb.