AQRO

03 Aprel

Balakəndə 7,7 min hektar sahədə qarğıdalı əkilməsi proqnozlaşdırılır

Bu il Balakən rayonunda dən üçün qarğıdalının əkin sahələrinin keçən ilə nisbətən 25 hektaradək artırılaraq 7 min 700 hektara çatdırılması nəzərdə tutulur. Bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 700 hektaradək sahəyə qarğıdalı əkiblər. Təsərrüfat sahibləri əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər. Fermerlər toxumu rayonda fəaliyyət göstərən satış məntəqələrindən əldə edirlər.

Bu barədə Fins.az xəbər verir ki, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Qeyd edək ki, qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Hazırda Balakən qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 677 hektar sahədən 50 min 668 ton dən qarğıdalı əldə ediblər. Hər hektardan orta hesabla 66,1 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 351 ton artıb.