AQRO

30 Mart

Ağcabədidə 11 min hektardan çox sahədə pambıq becəriləcək

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar.

Fins.az xəbər verir ki, artıq 1485 nəfər istehsalçı ilə emal müəssisələri arasında pambıq əkini üçün müqavilə bağlanıb. Müqaviləyə əsasən, 4324,92 hektarda “MKT İstehsalat Kommersiya” MMC, 3633 hektarda “Azərpambıq” MMC, 2400 hektarda “P-Agro” MMC, 688,7 hektarda “Cotton Trade” MMC, 70 hektarda “AŞİB” MMC və 74 hektarda “AZ Təsərrüfat” MMC olmaqla, 11 min 190,62 hektar ərazidə pambıq əkini həyata keçiriləcək.

Çiyid səpiləcək sahələrin 11092,7 hektarı şumlanıb. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci yarısında başlanacaq.