AQRO

28 Mart

Beyləqanda pambıq becərən fermerlərlə müqavilə bağlanıb

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar.

Fins.az xəbər verir ki, indiyədək 6243,3 hektar sahə şumlanıb. Bu günədək 1294 istehsalçı ilə 3092,1 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2500 hektarı “Azərpambıq” MMC və 800 hektarı “P-Agro” MMC ilə olmaqla, 6392,1 hektarda pambıq əkini üçün müqavilə bağlanıb.

Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci yarısında başlanacaq.