AQRO

18 Mart

Azərbaycanda aqrar sektor 3%-dən çox böyüyüb

Azərbaycanda bu yanvar-fevral aylarında 895,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 1,9% artaraq 46,4 milyon manat, heyvandarlıq məhsulların dəyəri isə 3,4% artaraq 849,2 milyon manat təşkil edib.

Martın 1-nə qədər Azərbaycanın əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər, 0,1 min hektar sahədə sair bitkilər əkilib. Təsərrüfatlarda yanvar-fevral aylarında 39,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,8 % çox tərəvəz məhsulları istehsal edilib.