AQRO

23 Noyabr

Nazir müavini: 136 qadın təsərrüfat sahibi avadanlıqlarla təchiz olunub

136 qadın təsərrüfat sahibi avadanlıqlarla təchiz olunub.

Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" adlı 5-ci forumda çıxışı zamanı bildirib.

"2021-ci il ərzində kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sahədə çalışan 375 sahibkar qadına 4 milyon 262 min 809 manat kredit, 3 milyon 204 min 689 manat güzəşt verilib.

Həmçinin, 2021-2022-ci təsərrüfat ili ərzində ümumilikdə 56 min 439 dövlət büdcəsi vəsaiti hesabına subsidiya ödənilib", - deyə nazir müavini bildirib.