AQRO

02 İyun

Azərbaycanda son 17 ildə 4 600 kilometr suvarma kanalı tikilib

2004-2021-ci illərdə Azərbaycanda 4 600 kilometr suvarma kanalı, 3 400 kilometr kollektor-drenaj şəbəkəsi tikilib, yenidən qurulub və bərpa edilib.

Fins.az xəbər verir ki, bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov bildirib.

Bundan başqa, onun sözlərinə görə, həmçinin 483 min hektar sahədə torpaqların su təminatının və 307 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 204 min hektar yeni suvarılan torpaq sahələri əkin əkin dövriyyəsinə daxil edilib.

"Mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hiossəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilimiş, çaylarda sel və daşqınlara qarşı 203 kilometr mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatın ödənilməsi üçün 3 061 ədə subartezian quyusu qaszılaraq istifadəyə verilib. Ümumi su tutumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göstəpə) tikilib, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsatçay, Zoğalavaçay, Ləvian) təmir-bərpa edilib", - deyə Z.Mikayılov qeyd edib