AQRO

24 May

"AQTİS sisteminin idxal-ixrac əməliyyatları ilə bağlı xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiyası nəzərdə tutulub"

AQTİS sisteminin idxal-ixrac əməliyyatları ilə bağlı xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiyası nəzərdə tutulub.

"Fins.az" xəbər verir ki,  bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə,  inteqrasiya həlləri reallaşdıqdan sonra sertifikatların qarşı tərəfə birbaşa elektron formada ötürülməsi, sertifkatların saxtalaşdırılmasının qarşısının alınması, proseslərin sürətlənməsi, notifikasiyaların elektron formada ötürülməsi təmin olunacaq.

Qoşqar Təhməzli fitosanitar nəzarətin həyata keçirilməsinə də toxunaraq "Ümumilikdə fitosanitar nəzarət sahəsində rəqəmsal idarəçiliyin inkişafı, innovativ həllərin tətbiqi ilə idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması effektiv idarəetmənin təmin edilməsinə, vətəndaş məmnunluğunun, şəffaflığın, ümumi işin keyfiyyətinin və səmərəliliyinin daha da artırılmasına xidmət edəcəkdir,"-deyə qeyd edib.

Agentlik sədri həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edərək "Görülən tədbirlərlə yanaşı, bitki sağlamlığı sahəsində son illərdə bir sıra təhlükəli virus və bakteriyaların geniş yayılması, ölkələrin məhsulların idxalı tələblərini sərtləşdirməsi qarşımızda yeni çağrışlar ortaya çıxarmaqdadır.,"-deyə əlavə edib.

Müəllif: Aynur Qəniyeva