Braziliya Azərbaycandan mineral gübrə idxalının həcminin artırılmasında maraqlıdır. Bu barədə Azərbaycanın Braziliya, Ekvador, Suriname, Qayane, Trinidad və Tobaqodakı səfiri Elxan Poluxov bəyan edib.
“Azərbaycanın Latın Amerikası regionunda əsas ticarət tərəfdaşı – Braziliyadır. Yeri gəlmişkən, bu qarşılıqlıdır, çünki Braziliyanın Cənubi Qafqazda əsas tərəfdaşı – Azərbaycandır. Bu səbəbdən, iqtisadi əlaqələrin inkişafı nöqteyi-nəzərindən, bizdə müsbət dinamika müşahidə olunur. Və bu müsbət dinamika məhz Azərbaycandan Braziliya ixrac məsələsində müşahidə edilir”, - Poluxov “Rasim Babayev ilə müasir söhbət” müəllif YouTube kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycandan Braziliyaya ixracın həcmi illik $0,5 milyonu ötmürdü, baxmayaraq ki, Braziliyadan Azərbaycana ixrac stabil olaraq illik təxminən $200 milyon olub. “Lakin 2020-ci ildən başlayaraq bu məsələlərdə irəliləyiş müşahidə olunur. 2021-ci ildə Azərbaycandan Braziliyaya ixracın həcmi $70 milyona çatıb, eyni zamanda, Braziliyadan Azərbaycana təxminən $200 milyon səviyyəsində qalıb”, - səfir qeyd edib.
Poluxov əlavə edib ki, Braziliyaya ixrac həcminin artımı mineral gübrə tədarükü ilə əlaqədardır – 2021-ci ildə $50 milyona yaxın məbləğdə ixrac olunub.
“Bu gün regionumuzda vəziyyətlə, Ukryan və Rusiya aasında münasibətlərlə əlaqədar ərzaq təhlükəsizliyi məsələsi əsas məsələlərdən birinə çevrilir. Buna görə, əsasən ərzaq malları və ət-süd məhsullarının istehsalına yönələn Braziliya üçün gübrənin əldə olunması çox vacib məsələdir. Və bu məsələ Azərbaycanın nümayəndələri ilə bütün görüşlərdə hər zaman qaldırılıb. Braziliya tərəfi bütün səviyyələrdə ölkəmizdən gübrə tədarükünü mümkün olduğu qədər artırmaqda maraqlıdır”, - o vurğulayıb.