AQRO

18 May

İnam Kərimov: Bu indiyə qədər təşkil edilmiş ən böyük sərgidir

Bu indiyə qədər təşkil edilmiş ən böyük sərgidir.
"Fins.az"xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılışına mərasimində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki,bu gün 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri təşkil edilib.Sərgiyə həm beynəlxalqhəm də yerli şirkətlər tərəfindən maraq böyükdür.Bunun göstəicisi kimi sərgidə 25-ə yaxın ölkədən 450 şirkət iştirak edir.Bu indiyə qədər təşkil edilmiş ən böyük sərgidir.
İnam Kərimov sərgidə iştirak edən xarici şirkətlərin sayı barədə də açıqlama verərək, “Sərgidə iştirak edən 450 şirkətin 350-si xarici 100-ü yerli şirkətdir Həm yerli həm də xarici şirkətlərin sərgiyə marağı Azərbaycanda aqrar sahənin inkişafı və bu sahənin böyük perspektivinin olmasıdır,”-deyə əlavə edib.
Nazir sərgidə yerli fermerlərinin iştirakının əhəmiyyətinə toxunaraq”Sərgidə həmçinin fermerlərimiz çox aktiv iştirak edirlər.Əsas məqsəd burada təqdim olunan yenilikləri fermerliyimizə də çatdırmaqdır.Ona görə də bu gün sərgidə Azərbaycanın bütün s regionlarından olan sərgi iştirakçısı fermerlər üçün biz texnika və toxumları və kənd təsərrüfatı üçün əhəmiyyətli olan məhsul və avadanlıqları istehsal və idxal edən şirkətlərlə birbaşa ünsiyyətdə olma imkanı yaratmışıq,”-deyə fikirlərini yekunlaşdırıb.

Müəllif Aynur Qəniyeva