AQRO

18 May

İraqın 4 aylıq buğda ehtiyatı var

İraqın 4 aylıq strateji buğda ehtiyatı var.

Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məhəmməd Hanun açıqlayıb.

"İraqın dörd aylıq strateji buğda ehtiyatı var. Hazırda buğdanın alış qiyməti bir ton üçün 68,5 dollar artıb. Strateji ehtiyatın artırılmasına ehtiyac var ki, bu da ərzaq təhlükəsizliyini təmin etmək üçün hökumətdən və parlamentdən təsirli tədbirlər tələb edir", - Hanun bildirib.

© INA