AQRO

17 May

Ağdamda mal-qaranın cins tərkibi yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalı artıb

Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2022-ci ilin yanvar-aprel aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

Rayon Statistika İdarəsindənbildirilib ki, 2022-ci ilin dörd ayında rayonun təsərrüfatlarında diri çəkidə ət istehsalı 150,7 ton olmaqla 1,8 faiz, süd istehsalı 14 min 087 ton olmaqla 4,5 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2022-ci ilin yanvar-aprel aylarında 1909 baş inək və düyələr süni mayalandırılıb, 873 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.