Çox sevindiricidir ki, FAO bu sahədə, mövcud olan ən yaxşı təcrübələri bölüşür.
"Fins.az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, FAO Elektron Kənd Təsərrüfatı sahəsində kənd təsərrüfatının rəqəmsal transformasiya sahəsində məhz Azərbaycan təcrübəsini ən yaxşı təcrübə kimi qəbul edib.
Nazir qeyd edib ki, əsas məqsəd həmçinin Azərbaycan təcrübəsi daxil olmaqla digər təcrübələrin tətbiq edilməsidir.
İnşam Kərimov fikirlərinin davamında " FAO-nun əsas Ağıllı kənd təşəbbüsüdür.Bu təşəbbüsün də digər dövlətlərdə icrası üçün Azərbaycanın "Ağıllı kənd" təcrübəsindən də istifadə ediləcək."
Müəllif:Aynur Qəniyeva