Cari ilin aprelin 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 666,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 295,3 min baş inək və camış, 8 milyon 168,8 min baş qoyun və keçi mövcud olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci il aprelin 1-i ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 6,1 min baş (0,2 faiz), inək və camışların sayı 8,4 min baş (0,7 faiz) artıb, qoyun və keçilərin sayı isə 110,4 min baş (1,3 faiz) azalıb.
Həmin dövrdə diri çəkidə 134,3 min ton ət, 493,3 min ton süd, 476,6 milyon ədəd yumurta və 94 min ton tərəvəz istehsal olunub. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,9 faiz, yumurta istehsalı 2,8 faiz, tərəvəz istehsalı isə 16,9 faiz artıb.