AQRO

11 Aprel

Rusiyaya Azərbaycandan 116 ton pomidorun idxalına icazə verməyib

Azərbaycan və İrandan Rusiya Federasiyası ərazisinə karantin təhlükəli obyektlərə yoluxmuş 36 partiya bitkiçilik məhsullarının idxalına icazə verilməyib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin mart ayında Rusiyaya idxal edilən 65 919,2 min ton təzə meyvəyə və tərəvəz məhsullarına nəzarət tədbirləri icra olunub.

Rusiya dövlət sərhədində yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsində Azərbaycan və İrandan idxal zamanı 38708,3 ton tərəvəzə (pomidor, kartof, badımcan, kahı, göyərti, kələm və s.) və 27 210,9 ton meyvə məhsullarına (alma, kivi, portağal, bostan bitkiləri və s.) ilkin fitosanitar baxış həyata keçirilib.

“Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsinin dövlət müfəttişləri bitkiçilik məhsullarının 36 (25-i Azərbaycandan, 11-i isə İrandan) kommersiya partiyasının Rusiya Federasiyası ərazisinə idxalına icazə verməyiblər.

Qadağan olunan məhsullar arasında Azərbaycandan 432,5 ton həcmində təzə pomidor, İrandan isə 129,8 ton həcmində Pekin kələmi, aysberq salatı və kahı olub.

(c)APA