AQRO

08 Aprel

Kürdəmirdə istixana təsərrüfatlarında yetişdirilən məhsulların çoxu yerli bazarlara çıxarılır

Kürdəmir rayonunda cari ilin ilk üç ayında istixana təsərrüfatlarında 383 ton tərəvəz məhsulları istehsal olunub və yetişdirilən məhsulların çoxu yerli bazarlara çıxarılıb.

Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, Kürdəmirin istixana təsərrüfatlarında 21,3 hektarda tərəvəz bitkiləri, o cümlədən pomidor və xiyar əkilib. 2022-ci ilin birinci rübündə bu təsərrüfatlarda 319 ton pomidor, 64 ton xiyar yetişdirilib.

Qeyd edək ki, istixana təsərrüfatları əsasən rayonun Atakişili, Mollakənd və Muradxan kənd icra nümayəndəliklərinin ərazilərindədir.