Ağsu rayonunda heyvandarlıq məhsullarının istehsalında dinamik artım davam edir. Heyvandarlar cari ilin birinci rübünü də uğurlu nəticələrlə başa vurublar. Bütün sahələr üzrə məhsul istehsalı ötən ilin ilk üç ayı ilə müqayisədə artıb.
Rayon statistika idarəsindən məlumatda bildirilir ki, 2022-ci ilin ilk üç ayında diri çəkidə 1246 ton ət istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 ton çoxdur. Cari ilin birinci rübündə süd və yumurta istehsalında da artım olub. Belə ki, süd istehsalı 49 ton artaraq 7174 tona, yumurta istehsalı isə 37 min ədəd çoxalaraq 4 milyon 278 min ədədə çatıb.
Qeyd edək ki, rayonda hazırda 38 min 171 baş iribuynuzlu, 133 min 815 baş xırdabuynuzlu heyvan var.