AQRO

18 Mart

Rusiya buğda ixracı rüsumu artırır

Rusiya buğda ixracına görə rüsumu martın 23-dən martın 29-dək bir ton üçün 86,3 dollardan 86,4 dollara yüksəldəcək.

Fins.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında qeyd olunub.

Məlumata görə, arpanın ixrac rüsumu bir ton üçün 74,4 dollardan 79,6 dollara qalxacaq, qarğıdalı üçün isə 54,1 dollardan 53,2 dollara enəcək.