AQRO

05 Mart

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı taxıl qıtlığını proqnozlaşdırmır

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Taxıl təklif və tələb Hesabatının son buraxılışında 2022-ci ildə taxıl istehsalının artacağını proqnozlaşdırır ki, bu da qıtlığın qarşısını alacaq.

Bununla belə FAO-nun cümə günü yaydığı məlumatda qeyd olunur ki, proqnoz Ukraynadakı vəziyyətin potensial nəticələrini nəzərə almadan verilib.

Proqnozlara görə, dünyada buğda istehsalı 790 milyon tona yüksələ bilər. Şimali Amerika və Asiyada gözlənilən yüksək məhsuldarlıq və əkin sahələrinin genişləndirilməsi Avropa İttifaqındakı bir qədər azalmanı kompensasiya edəcək.

"2021-2022-ci illər mövsümündə qlobal taxıl istehlakının ötən mövsümlə müqayisədə 1,5% artaraq 2,8 milyon tona çatacağı gözlənilir. 2022-ci ilin sonunda taxıl ehtiyatlarının cüzi artımı proqnozlaşdırılır ki, bu da 836 milyon ton həcmində qiymətləndirilir", - məlumatda bildirilir.