AQRO

28 Fevral

İxracda pambıq 1-ci, xurma 2-ci, fındıq 3-cü olub

“İxrac icmalı” nın fevral sayına əsasən, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 232,2 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 86,2 mln. ABŞ dolları və ya 59% artıb.

2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 mln ABŞ dolları artaraq 52,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5%, pambıq lifi ixracı 56,4%, pambıq iplik ixracı 34,5%, şəkər ixracı 24,1%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 10,2% artıb.

2022-ci ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,2 milyon ABŞ dolları) birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və meşə fındığı (15,9 milyon ABŞ dolları) üçüncü olub.