Bu ilin yanvar-avqust aylarında Azərbaycana 5 min 887 ton süd idxal edilib.
Bu həcmdə südün dəyəri 8,292 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,303 milyon ABŞ dollar (28,4 % ) və 976 ton (14,2 %) azdır.
Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,11 %-ini təşkil edib.