Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 122 245,94 ABŞ dolları dəyərində 480 960,65 ton buğda idxal edilib.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 16,9%, həcmi isə 30,2% azalıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,66%-nə bərabər olub.