AQRO

15 Sentyabr

Azərbaycanda aqrar sektor 5% böyüyüb

Bu ilin yanvar-avqust aylarında 6 105,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 7,3 % artaraq 3 210,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,6 % artaraq 2 894,4 milyon manat təşkil edib.