AQRO

14 Sentyabr

İnteqrir bitki mühafizəsi sisteminin tətbiqi genişləndirilir

Kənd təsərrüfatında zərərli orqanizmlərə qarşı inteqrir mübarizə ilə bağlı fermerlərin maarifləndirilməsi davam etdirilir. Bunula bağlı Xaçmazda keçirlən görüşdə Aqrar Xidmətlər Agentliyinin və elmi-tədqiqat institutlarının rəhbərləri və əməkdaşları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, həmçinin bölgə fermerləri iştirak edib.

Tədbirin əsas məqsədi fermerləri zərərli orqanizmlərə qarşı inteqrir mübarizə (İntegrated Pest Management-IPM) tədbirlərinin prinsipləri, üstünlükləri, pomidor bitkisində inteqrir mübarizə tədbirləri barədə məlumatlandırmaq, həmçinin layihə çərçivəsində əldə olunmuş müsbət nəticələri təşviq etməkdir. Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev kənd təsərrüfatında zərərli orqanizmlərə qarşı inteqrir mübarizənin əhəmiyyətinə toxunub. Bildirib ki, fermerlərin maliyyə dayanıqlılığın artırılması, aqrar-məsləhət xidmətlərinin göstərilməsi, onların keyfiyyətli məhsullarla bazara çıxışına dəstək Aqrar Xidmətlər Agentliyinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə cari ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ( FAO) birgə iştirakı ilə “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində Yüksək Təhlükəli Pestisidlərə (HHP) alternativ olan əkinçilik üsullarının təşviqi və məlumatlandırılmasına dair layihə həyata keçirilib. Bu məqsədlə Xaçmaz  rayonu ərazisində nümayiş sahəsində orqanik əkinçilik və Zərərvericilərə Qarşı İnteqrir Mübarizə üsullarından istifadə etməklə pomidor əkini  həyata keçirilib. Həyata keçirilən layihə yalnız Xaçmazla məhdudlaşmayıb, respublikanın müxtəlif regionlarında - Samux, Şəmkir, Goranboy ərazisində də fermerlər arasında Aqrar Xidmətlər Agentliyinin mütəxəsisləri tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılıb.

Tədbirdə keyfiyyətli məhsul istehsalının artırılmasında, ekoloji cəhətdən təmiz məhsul istehsalı üzrə imkanların genişləndirilməsində, istehsal olunmuş məhsulun ixrac potensialının artırılmasında, istehsalçıların bitki mühafizəsi üzrə məsrəflərinin azaldılmasında, insan sağlamlığının və ətraf mühitin qorunmasında inteqrir bitki mühafizəsi sisteminin tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, cari ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə iştirakı ilə “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində yüksək təhlükəli pestisidlərə (HHP) alternativ olan əkinçilik üsullarının təşviqi və məlumatlandırılmasına dair layihə həyata keçirilib. Layihənin əsas məqsədi üç müxtəlif aqrar istehsal texnologiyasının sınaqdan keçiriləcəyi və nümayiş etdiriləcəyi sahələr yaradaraq fermerlərə HHP alternativlərin istifadəsini təşviq etmək və məlumatlılığın artırılmasını təmin etməkdir. İlkin olaraq Xaçmaz rayonu Sabiroaba kəndində 100 fermerdən ibarət IPM və orqanik kənd təsərrüfatı texnologiyasından istifadə edilməklə əkilən pomidor sahəsində fermer sahə məktəbi yaradılıb. 3 müxtəlif aqrar istehsal texnologiyası kimi orqanik əkinçilik, zərərvericilərə qarşı inteqrir mübarizə, ənənəvi əkinçilik üsullarından istifadə olunub. Həmçinin, layihə çərçivəsində Xaçmazda 5 hektarlıq nümayiş sahəsində orqanik əkinçilik və zərərvericilərə qarşı inteqrir mübarizə üsullarından istifadə etməklə pomidor əkini həyata keçirilib. Layihə çərçivəsində bölgə fermerləri üçün seminarlar təşkil olunub, eləcə də qeyd olunan texnologiyalar üzrə potensialı gücləndirmək üçün tarla səfərləri təşkil edilib.

Görüşdə məruzələr dinlənilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.