AQRO

08 İyun

"Meliorasiya və Su Təsərrüfatı" yayda suvarmada gözləntilərini açıqlayıb

“Cari ildə ölkənin su anbarlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 170 milyon kubmetr artıq su yığılıb. Bu, bizə builki suvarmanı normal həyata keçirməyə imkan verir”.

Bunu  Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov deyib.

Sədr müavini xatırladıb ki, ötən il Şirvan kanalında göldə suyun az olması ilə bağlı çətinlik yaşanırdı: “Şirvan kanalı 11 rayonu əhatə edir. Bu il artıq yığılmış suyun hesabına bu cür çətinliklər yaşanmır. Ötən ilə nisbətən xeyli su yığıldığı üçün bu ərazilərdə suvarılmada problemlər gözlənilmir. İnanıram ki, ilin sonuna qədər də suvarılmada hər hansı ciddi çətinliklər olmayacaq”.

Xatırladaq ki, bu il təqribən 1 milyon 400 min hektar əkin sahələrinin suvarılması nəzərdə tutulub.

© Report